İran Milli Dirəniş Şurasının başçısı Məryəm Rəcavi yeni müraciətini yayımlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rəcavi yeni təhsil dönəminin başlaması ilə bağlı müəllim, şagird(tələbə) və professorlara səslənib.
“Bilgi və azadlıqla yüksələn nəsil”, – deyə başladığı müraciətində Rəcavi öncəki illərdəki etirazlar zamanı Xameneyi zindanlarında işgəncəyə məruz qalan tələbələrin silinməz xatirəsini anıb.
“Xalq Mücahidləri Təşkilatının gənc üzvləri və dəstəkçiləri tərəfindən sin 40 ildə dirəniş və fədakarlıq bayrağını tutan gənclərə heyranlıq dolu duyğularla ən səmimi salamlarımızı çatdırırıq. 2023-cü ildəki tədris dönəmində keçmiş illərdə olduğu kimi, önəmli dərsimiz azadlıq dərsidir. Bunu bədəlini ödəmək olmaqda davam edir”.
Rəcavi bildirib ki, bu il universitet və məktəb tələbələri və şagirdlər İranın iranlıların taleyində yeni bir səhifə açmağı qanları ilə təmizlədilər.
“Bu gün İranın cəsur gəncliyi səhifələrinə azadlıq, devrim və tiranlıqdan, basqıdan və sümürməkdən qurtuluşun qızıl sözlərini yazdı. Keçən il İrandan olan tələbələr ayağa qalxdı. Ölkə çapında 204-dən çox universitet və məktəbi əhatə etdi”, Rəcavi bildirib.
Rəcavi bildirib ki, rejimin universitetlərdəki köklü basqı və nəzarət cihazı unversitetlərə girişləri “Bəsic”lə əlaqəli fərdlərə və ailələrinə qeyri-nisbi şəkildə təşxis edilməsi ilə yanaşı, təhsil sahəsində şagirdlərin səsini susdurmağı hədəfləyən digər əhatəli, maliyyətli və uzun vədəli cəhdlərlə birləşir.
Rəcavi iddia edib ki, ötən ilin fevral ayında rejimin Ali Milli Təhlükəsizlik Şurasında yazdığı məktbuda İbrahim Rəisi “Xalq Mücahidləri Təşkilatı”nın və digər müxaliflərin ölkənin universitetləri üzərində geniş və əhatəli nüfuza sahib olduğunu qəbul edib, şuranı suçlayıb və qavranılan çoxlu sayda təhdid qarşısında daha proaktiv olmağa səsləyib.
Universitetdəki gənc qadınların rolundan bəhs edən Rəcavi universitetlərdə basqısı üsullarla bir çox etirazçı tələbənin təhsildən atıldıqlarını vurğualyıb.
Rəcavi gənc qadınların varlığının etirazların alovlanmasına və rejimin son çöküşü üçün ictimai dinamiklərin dərin dönüşməsinə doğru sürükləməsinə səbəb olduğunu açıqlayıb.
Rəcavi fikirlərini bu cür tamamlayıb:
“Yaşasın İran tələbələri, müəllimləri və professorlar. İran xalqı demokratik devrimi zəfərə çatacaq”.
Tərcümə: Arzu