Məryəm Rəcavi İtaliya Təmsilçilər Məclisində çıxış etdi

  • By arzu
  • 14 İyul 2023 13:05

İran Milli Dirəniş Şurasının (İMDŞ) başçısı Məryəm Rəcavi İtaliya Parlamentində çıxış edib. Rəcavi öz niqtində İtaliya Parlamentinin hər iki məclisindəki üzvlərin böyük əksəriyyətinin dəstəklədiyi bəyannamə və İrandakı etirazlar, bu ölkənin azadlığı və xalqın liderliyində qadınların bərabər haqlarından danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu bəyannamənin dini rejimə yönəlik uyğun və prinsipial bir siyasət təqdim etdiyini vurğulayan Rəcavi dünyanın bir çox paralamentlərində dəstək alan İranın 10 maddəlik Müqavimət Planına vurğu edib.

İran Milli Dirəniş Şurasının başçısı İtaliya hökumətini, Parlamentini İran xalqının dini diktaturanı devirmək mübarizəsini tanımağa və bu haqlı və prinsipial siyasəti mənimsəməyə mənimsəməyə dəvət edib. Daha sonra xanım Rəcavi bunları deyib:

“İran xalqının demokratik cümhuriyyət üçün qiyamına dəstək verən və İranın 10 maddəlik Müqavimət Planını mənimsəyən İtaliya Təmsilçilər Məclisi və Senat üzvlərinin əksəriyyətinin bəyanları üçün “amin” deməyimə icazə verin. Bu bəyannamənin Fransa Milli Məclisində əsas əksəriyyət, İngiltərə Parlamentinin hər iki məclisi, Amerika Təmsilçilər Evinin əksər üzvləri, 120 keçmiş Prezident, Baş nazir və “Nobel mükafatçısı tərəfindən 3600 millət vəkilinin dəstəyini alması diqqətləri çəkir. İtaliya Parlamentindəki bu bəyannamədə İtaliya millət vəkillərinin əksəriyyəti İran rejimi tərəfindən son 44 ildə davam etdirilən və bölgəni – dünyanı təsirləndirən böhranın öhdəsindən gəlmək üçün uyğun politikanı ortaya qoyması anlamına gəlir”.

 

İMDŞ başçısı vurğulayıb ki, İran qadınları yalnız öz tələbləri üçün deyil, həm də ruhani rejimin bir bütöv olaraq devrilməsi üçün etiraza qalxdılar. Rəcavinin fikrincə, “məcburi baş örtüyünə yox” şüarları, həm də “məcburi dinə” və “məcburi hökumətə yox” deməkdir.

“İran xalqının qiyamı, rejimə qarşı 40 ildən çox müddətdə başlayan və davam edən Dirəniş Hərəkətinin qalıcı mirasını təmsil edir. Qadınların bu etirazlara aktiv qatılması, İran qadınlarının son 40 ildəki qəhrəmnca mübarizəsinin bir məhsuludur. İranlı qadının azad seçim etməsinə, toplumun liderliyində təsirli və bərabər iştirak etməsinin gərəkliliyinə inanırıq”, – deyə Rəcavi söyləyib.

 

 

Müqavimət başçısı İrandakı durumun Avropada Orta Əsrlər dönəminidə şahidlik edilən vəhşətə bənzədərək İran xalqının heç bir zaman bu qəddarlığa boyun əymədiyini bildirib.

“Mollara qarşı mübarizədə dirənişimizin 120 mindən çox üzvünün həyatlarını fəda etməsi ilə ağır bir bədəl ödədi. 1988-ci ildə dini rejimin 30 min siyasi dustağı qorxunc şəkildə qətlə yetirməsinin 35-ci ildönümünü keçirəcəyik. Xomeyninin əmri və fətvası ilə gerçəkləşdirilən faciəvi bir olaydır”, R. Məryəm deyib.

“Molla hökumətinin” davam edən etirazlar dalğasını yatırtmaqda uğursuz olmasını söyləyən Rəcavi bu fikrini iki təməl faktla əsaslandırıb:

“Birincisi, pis iqtisadi-sosial idarəetmə müəzzəm ölçüdə davam etdiyindən, dəyişkən sosial durumu hər keçən gün daha da pisləşdirir. Rejimin hansısa mənalı bir islahat tətbiq etməkdə yetərsizliyidir. İkincisi, rejimi devirmək məqsədi ilə yayılmış xalq narahatlığını dizə gətirən təşkilatlanmış bir dirəniş hərəkəti var. İranın Dirəniş Hərəkatı şəbəkələrini İrandakı 31 bölgənin tamamında və çoxlu sayda şəhərdə uğurla qurdu. İstisnasız həsr edilmiş dirəniş fərdləri hər gün çalışır və etirazların təşkilatlanmasında və idarəsində bəlli edici rol oynayır”.

Dirəniş başçısı İran rejiminin bu etirazları dayandırmaq üçün edama və dirəniş çalışmalarını məhdudlaşdırmaq üçün Qərb hökumətləri ilə müzakirələr getdiyini söyləyib.

Qərb hökumətlərini İranın dirənişinə basqı etmək və onu məhdudlaşdırmaqda ittiham edərək dini rejimə dəstək verməkdə ittiham edən İMDŞ başçısı Rəcavi belə bir durumun iqtidarın ömrünün uzadılmasında yararlı olduğunu bildirib. Lider qadın İran müqavimətinin Avropadakı qanuni və hüquqi işlərini əngəlləmənin, Parisdə mitinqi qadağan etmənin Tehran rejiminin işinə gəldiyini söyləyib.

Rəcavi daha sonra Dirəniş Hərəkatının ölkə çapında şəbəkəsini genişlətdiyini və şəhərlərdə minlərlə özünü həsr edən “azadlıq savaşçılarını” hesabına qatmasını vurğulayıb. Planlarından və baxışlarından danışan qadın lider deyir:

“İran dirənişi güvənli bir platforma və gələcək üçün əhatəli planlar təqdim edir. On maddəlik plan din və dövlətin ayrılması, cinsiyyət bərabərliyi, ayrı-ayrı millətlərə muxtariyyət, ölüm cəzasının ortadan qaldırılması və nüvə silahsız bir İran prinsilərinə söykənən demokratik bir cümhuriyyət vizyonunu əhatə edir”.

Rəcavi indiki rejimin dəyişdirmək üçün əsla yadelli hökumətlərin arxasınca getmədiklərini özəl olaraq vurğulayıb. O, dirəniş üçün İran xalqına güvəndiklərini bildirir.

Qadın lider çıxışında xarici hökumətlərdən İran xalqının həsrətinə hörmət etməyi və düşmənlərinə yardım etməkdən çəkinməyi tələb edib.

İtaliya Təmsilçilər Məclisinin və Senatının İran dirənişinə verdiyi dəstəyə görə İran xalqının İtaliyaya hörmətini söyləyən Rəcavi çıxışının sonunda hər kəsə təşəkkürünü bildirib.

 

Tərcümə: Arzu

Gununsesi.info