Məscidə silahı hücum: 14 nəfər həlak olub

  • By admin
  • 28 Fevral 2024 11:30

Burkina-Fasonun şərqindəki Nasyaboani qəsəbəsində naməlum şəxslər məscidə silahlı hücum edib. Hadisə nəticəsində 14 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, Burkina-Faso İslam Birlikləri QHT Federasiyasının məlumatına görə, insident bazar günü, fevralın 25-də baş verib. Ölənlər arasında məscidin imamı da var.

Həmin gün ölkənin şərqində Essakan şəhərində kilsəyə silahlı basqın edilib və nəticədə 15 nəfər ölüb.

Burkina Fasoda 2015-ci ildə başlayan təhlükəsizlik böhranı iki milyondan çox insanı evlərini tərk etməyə məcbur edib. Hökumətin məlumatına görə, sonradan yalnız 120 min insan geri qayıtdı.

Baş nazir Apollinaire Joachimson Kjelem de Tambela ötən il ölkənin 65 faizinin dövlət nəzarətində olduğunu bildirmişdi.

 

Gununsesi.info