Məsciddə partlayış planlaşdıran 3 şəxs həbs edilib

Məsciddə partlayış planlaşdıran 3 şəxs həbs edilib

ABŞ-ın Minnesota ştatında 2017-ci ilin avqustunda məscidlərdən birində partlayış planlaşdıran 3 şəxs həbs edilib.

Gununsesi.info xəbər verir ki, 22-47 yaşlarında olan şəxslər İllinoys ştatında həbs ediliblər.

Saxlanılan şəxslər həmçinin abort həyata keçirən tibb mərkəzini də partlatmağı planlaşdırıblar.

Həbs edilən şəxslərdən pulemyot aşkarlanıb.

Gununsesi.info

COMMENTS