Məsciddən donuz leşi tapıldı

İsveçin Skövde şəhərindəki məscidin bağçasından donuz leşi tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Skövde polisi məlumat verib.

Bildirilir ki, hadisə ilə bağlı etnik qrupa təhrik və nifrət cinayəti törətdiyi üçün istintaq başlanılıb.

Məlumata görə, Skövden əhali nisbətinə görə 2024-cü ildə İsveçdə ən çox nifrət cinayəti törədilən şəhərdir.

 

 

Sənan

Gununsesi.info