Məscidlərə təyinat alan din xadimləri bu universitetlərdə təhsil alıblar - SİYAHI

Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova müsahibədən keçərək təyinat alan din xadimlərinin təhsili ilə bağlı statistik məlumatları açıqlayıb.

 

Gununsesi.info xəbər verir ki, təyinat almış din xadimlərinin 131-i ali dini, 46-sı isə orta ixtisas dini təhsil alıblar. Ölkə daxilində ali dini təhsil almış şəxslərin 99 nəfəri Bakı İslam Universiteti, 12-si Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, 8-i Azərbaycan İlahiyyat İnstitutu, 1-i Qafqaz Universitetinin məzunlarıdır. Orta ixtisas dini təhsili almış şəxslərdən 17-si Əliabad İslam Kolleci, 14-ü Xosrov İslam mədrəsəsi, 8-i Şəbnəm İslam Kolleci, 7-si Şəki Pedaqoji Texnikumu, 1-i Lənkəran İslam Kollecini bitirib.

 

Vəzifəyə təyin olunan din xadimlərindən 5-i Türkiyə (3 nəfər Ərciyəs Universiteti, 1 nəfər Marmara Universiteti, 1 nəfər Səlcuq Universiteti), 3-ü Rusiya Federasiyasının Dağıstan Respublikası (1 nəfər Buyraks Universiteti, 2 nəfər Dağıstan İslam Universiteti), 5-i İran İslam Respublikası (Əl-Mustafa Universiteti), 1-i Misirdə (Əl-Əzhər Universiteti) ali dini təhsil almış şəxslərdir.

 

Gununsesi.info