Məscidlərdə axund problemi yaranıb

  • By admin
  • 27 Oktyabr 2023 15:34

Məscid axundlarının təyinatının Qafqaz Müsəlmanları İdarəsindən alınaraq, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə verilməsi dini ibadət yerlərində  axund çatışmazlığına səbəb olub.

Bu barədə Gununsesi.info-nun bilgiləndirən mənbənin sözlərinə görə, buna bir səbəb də QMİ-nin nəzir  qutularına nəzarəti itirməsidir.

Bildirilir ki, yeni qaydalara görə məscidlərdə boş olan yerlər barədə elanlar paylaşılsa da, axund olmaq istəyənlərdən gözlənilən müraciətlər daxil olmaylb. Müraciət edənlər isə yeddi nəfərdən ibarət ilahiyyatçı alimin iştirak etdiyi müsahibədən keçə bilməyib.

Müsahibəyə qatılan bəzi din xadimləri tələb olunan 26 balı toplaya bilməyib.

Hazırda Azərbaycan məscidləri axund sarıdan problem yaşayır.

Elmar

Gununsesi.info