Məscidlərimizdə zəlzələdə ölənlər üçün cənazə namazı qılındı

Azərbaycan məscidlərində Türkiyədəki zəlzələdə ölənlər üçün cənazə namazı qılınıb.

Gununsesi.info xəbər verir ki, zəlzələ qurbanları üçün Quran oxunub, meyit namazları qılınıb.

HTML tutorial

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələ Türkiyənin daha 10 şəhərinə ziyan vurub. Ümumilikdə 7 minə yaxın bina çöküb.

Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.

Gununsesi.info