Məşğulluq Mərkəzinin direktoru: “Nazirliyin sözçüsünün mətbuata verdiyi açıqlama yanlışdır”

  • By Mayil
  • 05 Avqust 2016

nazirlik

 

Gununsesi.info-nun məlumatına görə, bu haqda  Yasamal  Rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Rəhimov vətəndaşlara dövlətin verdiyi işsizliyə görə müavinətlərdə son aylar baş verən ləngimələrlə bağlı Mərkəzə müraciət edən şikayətçilərlə görüşündə deyib.

Çoxsaylı şikayətçiləri qəbul edən E.Rəhimov bildirib ki, nazirliyin sözçüsü onu vətəndaşla üz-üzə qoyub. “Nazirliyin mətbuata verdiyi açıqlama yanlışdır. Məni vətəndaşlarla üz-üzə qoyurlar. Müavinətlərin ödənilməsiylə bağlı nazirlik mərkəzə lazımı vəsaiti köçürməyib. Hər gün 10-la adam bununla bağlı bizə müraciət edir. Onlara nə cavab verəcəyimi bilmirəm”- deyə, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlqələr şəbəsinin müdiri Elman Babayevin Gununsesi.info-ya “müavinətlərin verilməsində ləngimələr yoxdur” açıqlamasıyla bağlı  yenidən Mərkəzin rəisinə şikayət edən vətəndaşları qəbul edərkən söyləyib.

Qeyd edək ki, dünən saytımızda  vətəndaşlara dövlətin verdiyi işsizliyə görə müavinətlərdə son aylar ləngimələr müşahidə edildiyini yazmışdıq. Belə ki, Gununsesi.info-ya daxil olan məlumata görə, Abşeron və Yasamal rayonlarının müavinət alan vətəndaşları mart ayından indiyədək bir qəpik belə almayıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşadıqları ərazidəki müvafiq idarələri isə, ləngimənin günahının nazırlikdə olduğunu deyirlər. Vətəndaşların sözlərinə görə, məmurlar bildirib ki, nazirlik müavinətlər üçün ayrılan məbləği köçürmürlərsə, biz nə edə bilərik?!

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev elə dünən Gununsesi.info-nun məsələylə bağlı sorğusunu cavablandırmşdı və  bildirmişdi ki, müavinətlərin verilməsində ciddi ləngimə halları 2016-ci ilin müvafiq aylarında hələ ki müşahidə edilməyib. “Respublikada müavinətlərin verilməsi sahəsində heç bir problem yoxdur. Bununla bağlı nazirliyə şikayətlər də daxil olmayıb. Ola bilsin ki, tək-tək vətəndaşlarda belə problem yaranıb. Amma ləngimə varsa, səbəbələri araşdırlıb, vətəndaşa bu haqda məlumat verilir. Sozügedən problemi də araşdırıb, problemin nədən qaynaqlandığını aydınıaşdıracağıq”-deyə, o, vurğulamışdı.

Gülnaz Qənbərli

Gununsesi.info