Məşhur aktrisa 81 yaşında dünyasını dəyişdi

  • By admin
  • 17 Fevral 2024 17:06

Başda “Qapıçılar kralı” olmaqla, çoxsaylı lfilmlərdə rol alan əfsanəvi türkiyəli aktrisa Sevda Ferdağ 81 yaşında dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, Sevda Ferdağ səhər saatlarında İstanbuldakı evində dünyasını dəyişib. Aktrisa uzun müddət idi ki, xəstəliklərlə mübarizə aparırdı. Film-San Vəqfi aktrisanın ölüm xəbərini “Türk kinosunun önəmli aktrisalarından olan Sevda Ferdağa Allah rəhmət eləsin, ailəsinə və sevənlərinə başsağlığı veririk” açıqlaması ilə çıxış edib.

1942-ci ildə Edremitdə anadan olan Sevda Ferdağ 1958-ci ildə rol aldığı “O gündən sonra” filminin uğursuzluğundan sonra Almaniyaya köçüb. 1963-cü ildə bacısının təkidi ilə Türkiyəyə qayıdan Sevda Fərdağ yenidən “Əzrailin Elçisi” ilə aktyorluğa başlayıb. Bu filmi ilə böyük marağa səbəb olan Ferdağ 2009-cu ilə qədər 150-yə yaxın filmdə rol alıb.

Aktyorun ən məşhur filmlərindən biri “Qapıçılar kralı”dır (1976). Rejissoru Zeki Ökten, ssenari müəllifi Umur Buqay olan filmdə baş rollarda Kemal Sunal, Sevda Ferdağ, Bilge Zobu və Sevil Üsttekin yer alıb.

Gununsesi.info