Məşhur aktrisa atdan yıxıldı, sümükləri sındı - VİDEO

  • By admin
  • 23 İyun 2016 10:45

Uma Turman

 

Məşhur aktrisa Uma Turman məşq zamanı atdan yıxılaraq bir neçə sümüyünü sındırıb.

Gununsesi.info xəbər verir ki, aktrisa dərhal xəstəxanaya aparılıb. Uma Turman əməliyyat olunub. Bundan sonra onun vəziyyəti stabilləşib.

Aktrisanın təmsilçiləri bildiriblər ki, U.Turman atın üzərində məşq edib. “Aktrisa atın üzərindən yıxılıb. At nədənsə qorxub”.

U.Turman bir neçə dəfə “Oskar” mükafatına namizəd olub. Lakin aktrisa 1 dəfə “Qızıl Qlobus”un və MTV Movie Awards mükafatının qalibi ola bilib.

2005-ci ildə Turman Hollivudun ən çox qazanan aktrisalarından biri olmuşdu. Hər filmə görə 12,5 milyon dollar qazanıb.

2005-ci ildə “Lovğalan” (“Be Cool”), “Baş nazir” (“Prime”) və “Prodüserlər” kimi filmlərdə rol alıb.

Növbəti il “Mənim möhtəşəm keçmiş sevgilim” (“My Super Ex-Girlfriend”) filmində çəkilib. Aktrisanı məşhurlaşdıran film “Kriminal qiraət” və “Bili öldürmək” olub.   (Anspress)