Amerikalı aktrisa Endi Makdauel karyerası boyu etmədiyi ilkə imza atıb.
Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, 59 yaşlı ulduz yeni çəkildiyi “Love after love” filmində kameralar qarşısına çılpaq keçib.
Bu barədə jurnalistlərə açıqlama verən Endi deyib: “Heç vaxt çılpaq filmlərə çəkilməmişəm. Həmişə düşünmüşəm ki, uşaqlarım mənim yerimə utanar. Amma indi 3 övladım var, üçü də kifayət qədər böyükdür. Odur ki, bu səhnəyə razılıq verdim. Filmdə çılpaqlıqdan daha çox canlandırdığım qadının kədərli obrazı məni cəlb edir”.
Qeyd edək ki, “Love after love” filmi aprelin 22-də Nyu-Yorkda təqdim edilib. Film əri ölmüş qadının həyatından bəhs edir.
Gununsesi.info