Məşhur aktrisa sevgisini bəyan etdi

  • By Mina
  • 04 Aprel 2024 13:00

“Sakla Beni” serialında rol alan türkiyəli aktrisa Ceyda Düvenci yeni sevgilisi ilə gündəmə gəlib.

Gununsesi.info  Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında qeyd edib.

Son müddət adı radio aparıcısı Güçlü Mete ilə hallanan aktrisa öz instagram hesabında onunla sevgili olduğunu bəlli edib.

Belə ki, bir neçə gün öncə Türkiyədə keçirilən seçkilərin nəticələrini onunla bir yerdə izlədiklərini öz izləyicilərinə bəyan edib

Əvvəlki açıqlamalarında şəxsi həyatı ilə bağlı danışmaq isməyən Düvenci yenidən aşiq ola biləcəyini də qeyd etmişdir:

“Böyük danışmaq istəmirəm, bir daha evlənəcəyimi düşünmürəm. Amma təbii ki, sevməyim mümkündür. 46 yaşım var, yenidən aşiq ola bilərəm.Mən həyatın hər yerində sevgi tapa bilən qadınam” – deyə o bildirmişdir.

Qeyd edək ki, aktrisa ötən il həyat yoldaşı Bülent Şakrakdan boşanıb.

 

 

 

Gununsesi.info