Məşhur aktyor Bakıdan birdəfəlik köçüb - TARİYEL QASIMOV PAYTAXTDAN BEZİB

  • By admin
  • 06 İyun 2017 14:10

Tariyel Qasımov

“Ağstafada ev tikdirmişəm. Bu yaşımda ev-eşik qurmuşam. Min şükür. Bakıdan birdəfəlik köçmüşəm. Hazırda dogma rayonumda yaşayıram”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri primetime.az-a özəl açıqlamasında xalq artisti, Gənc Tamaşaçılar Teatrının tanınmış aktyoru Tariyel Qasımov deyib.

Sevilən sənətkar bildirib ki, Bakının səs-küyündən kənarda olmaq, təmiz havada yaşamaq insanın ömrünü uzadır: “Ağstafanın Köçəsgər kəndində ata-baba yurdumuz var. Anamın vəfatından sonra Köçəsgərdə olan evə ayaq basa bilmirəm. Hər tərəfdə anamın əşyalarını görürəm və çox kövrəlirəm. Ona görə də Ağstafada özümə ev tikdim. Hazırda ailəmlə birlikdə orada yaşayıram. Bakıya tamaşam, tədbirim olanda gəlirəm. Çalışıram şəhərdə çox qalmayım. Ağstafanın havası, suyu təmizdir. İnsanın ömrünü uzadır”.

Qeyd edək ki, xalq artisti Tariyel Qasımov 1939-cu il fevralın 4-də Ağstafanın Köçəsgər kəndində anadan olub.

Gununsesi.info