Məşhur aktyor cərimələndi

İngiltərə aktyoru Orlando Blum Beverli-Hillzdə sürət həddini aşdığına görə cərimələnib. Gununsesi.org-un məlumatına görə, bu barədə “TMZ” xəbər verib.

O, “Porsche” markalı avtomobilini saatda 60 mildən yuxarı idarə etdiyinə görə saxlanılıb. Nəqliyyat vasitəsinin salonunda aktyorun 8 yaşlı oğlu da olub.

Aktyor təhlükəli idarəetməyə görə cərimə ödəyəcək.

Gununsesi.org