Türkiyənin məşhur aktyoru Səlim Ərdoğan həbs edilə bilər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, S. Ərdoğan narkotik vasitələrini satımaqda ittihamı olunur.
Belə ki, Muğla əyalətinin Marmaris rayonun Bozburun məhəlləsində narkotik maddə istehsalı edildiyi barədə məlumat alan Marmaris Jandarma Komandanlığının əməkdaşları həmin ünvana baxış keçirərkən oradan 840 qram marixuana və digər narkotik maddələr aşkar ediblər.
Əməliyyat çərçivəsində villanın məşhur aktyor tərəfindən kirayələndiyini aşkar ediblər. Nəticədə Səlim Ərdoğan jandarma komandanlığının əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Muğla Araşdırma Xəstəxanasında tibbi müayinədən keçdikdən sonra aktyorun ifadəsi alınmaq üçün Marmaris Jandarma Komandanlığına aparılıb.
Səlim Ərdoğanın qonşusu Mehmet Çalış bildirib ki, S. Ərdoğanın villanı bir müddət əvvəl kirayə götürüb: “Səlim Ərdoğan çox yaxşı insandır və burada hər kəs onun sevir. Üzərinə bir böhtan atılmışdır. Belə bir şeyin olacağına qətiyyən inanmıram. Özü yeni gəldi və evin bağçasına mən baxıram. Narkotik maddə hazırlamaq və onun satışımı həyata keçirmək kimi iddialar yalandır” -, deyə o bildirib.
Hadisə ilə bağlı istintaq davam edir.
Anar
Gununsesi.info