Məşhur aktyor homoseksual olduğunu etiraf etdi - BU, SOSİAL ŞƏBƏKƏDƏ BÖYÜK SƏS-KÜYƏ SƏBƏB OLDU

  • By admin
  • 06 İyul 2017 11:42

125685_0eqvd31c4o

Aktyor Endryu Qarfild açıqlaması ilə səs-küyə səbəb olub. 

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, 33 yaşlı aktyor müsahibəsində Toni Kuşnerin “Amerikada mələklər” (“Angels in America”) filmindəki homoseksual rolundan danışarkən maraqlı etiraflar edib:

“Biz hər bazar filmin çəkilişinə hazırlaşarkən “RuPaul’s Drag Race”in bütün seriyalarını izləyiridik. Oradakı epizodların roluma hazırlaşmağımda böyük köməyi oldu. Bu, əslində mənim pyesdən kənar həyatım idi. İndi mən homoseksualistəm, amma fiziki təmasa girmirəm”.

Endryunun bu açıqlaması sosial şəbəkədə böyük səs-küy yaratmış, aktyor isə daha sonra sözlərinə izahat verməyə çalışmışdı: “Bildiyim qədərilə mən gey deyiləm. Ola bilsin, bunu bir az gec başa düşdüm, amma medalın bu biri üzünü də öyrənə bilərəm. Amma hazırda öz orientasiyamdan əminəm. Gey rolunu oynamaq mənim üçün böyük şərəfdir”.

Xatırladaq ki, Qarfildin seksual oriyentasiyası haqda dedi-qodular bu ilin yanvarından yayılıb.

Gununsesi.info