Məşhur aktyor ilə bağlı təcavüz ittihamı yenidən gündəmdə

  • By admin
  • 01 Avqust 2020

Tanınmış fransız aktyoru Jerar Depardye ilə bağlı təcavüz ittihamı yenidən gündəmə gəlib.

Gununsesi.info Musavat.com-a istinadla istinadən bildirir ki, aktyorun ittiham olunduğu təcavüz işi Fransa prokurorluğu tərəfindən yenidən istintaqa göndərilib.

Məlumata görə 2018-ci ildə Depardyenu təcavüzdə ittiham edən gənc aktrisa ötən gün yenidən hüquq-mühafizə orqanlarına müraciət edib.

Xatırladaq ki, 2018-ci ildə 20 yaşlı aktrisa Depardyeni ona Parisdəki evində təcavüz etməkdə günahlandırıb. 71 yaşlı aktyor isə bu ittihamları qətiyyətlə rədd edib.

Aktyorun çoxsaylı yoxlama və dindirilməsindən sonra müstəntiqlər ittiham irəli sürmək üçün kifayət qədər əsas tapmadıqları üçün aparılan istintaqı 2019-cu ilin iyununda bağlayıblar.

İstintaq işinin yenidən başladılması ilə bağlı jurnalistlər Depardyenin vəkili Herve Temime ilə əlaqə saxlamağa çalışsalar da vəkil şərh verməkdən imtina edib.

Qeyd edək ki, aktyor Jerar Depardye 1990-cı ildə “Yaşıl kart” filmində rol aldıqdan sonra dünyada şöhrət qazanmağa başlayıb. O, həm Fransa, həm də Rusiya vətəndaşlığına malikdir.

 

 

Gununsesi.info