Məşhur aktyor kəndə köçdü - O, ŞƏHƏRİN SƏS-KÜYÜNDƏN BEZİB - VİDEO

  • By admin
  • 18 Aprel 2017 23:30

aktyor kennde kocub

“Kaybolan yıllar”, “Dudaktan kalbe” kimi seriallarla məşhurlaşan Burak Hakkı kəndə köçüb.

Gununsesi.info-nun haberler.com-a istinadən verdiyi məlumata görə, şəhərin səs-küyündən bezən, bir müddət Yunanıstanda yaşayan aktyor Burak Hakkı Çanaqqalanın Gelibolu mahalının Güneyli kəndində özünə 35 min kvadratmetrlik torpaq alıb.

Qeyd olunur ki, o, həmin ərazidə təxminən, 300 min dollarlıq (1 milyon 100 bin lira) ev tikdirib.

Aktyor eyni zamanda, kənddə meyvə-tərəvəz istehsalına da başlayıb. Oğlu ilə adıçəkilən ərazidə şəkilini sosial mediada paylaşan Burak altına “Mən kəndçiyəm” qeydini yazıb.

Gununsesi.info