Məşhur aktyor reanimasiyaya yerləşdirildi

  • By admin
  • 20 Noyabr 2021 23:12

Türkiyəli məşhur aktyor Kadir İnanırın vəziyyəti ağırlaşıb.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.

 

Məlumata görə, Muğla bölgəsində qəflətən halı pisləşən Kadir İnanır təcili yardımla xəstəxanaya yerləşdirilib.

 

Xəstəxananın reanimasiya şöbəsində nəzarət altına alınan İnanırın beyin damarında yaranan laxtalanma nəticəsində xəstələndiyi bildirilib.

 

İnanırın bir müddət reanimasiyada qalacağı və vəziyyətdən asılı olaraq əməliyyat oluna biləcəyi qeyd olunur.

Gununsesi.info