Ötən şənbə vəfat edən “Friends” (Dostlar) serialının ulduzu Metyu Perrinin son saatlarını necə keçirdiyi ilə bağlı təfərrüatlar ortaya çıxmağa başlayır.
Gununsesi.info xəbər verir ki, “Friends” serialı ilə məşhurlaşan və dünyanın hər yerindən böyük fanat kütləsi olan Metyu Perri ölümü ilə hər kəsi şoka salıb. Məşhur aktyorun gözlənilməz itkisi ilə bağlı araşdırmalar davam edərkən, onun son saatlarını necə keçirdiyi də üzə çıxıb.
Uzun illər aludəçiliklə mübarizə aparan Perrinin son günlərində yenidən narkotikə meyllənməsi etdiyi ehtimal edilsə də, son zamanlar özünü qeyri-adi dərəcədə yorğun hiss etməsi diqqət çəkib.
Perri bir müddətdir tennis və stolüstü tennisə bənzər bir oyunla məşğul olub və hətta ölümündən bir neçə saat əvvəl evinin yaxınlığındakı qolf klubunda bir matçdan sonra yorğunluqdan şikayət edərək evə tez qayıtdığı deyilir.
Perri oyun ortağı deyib ki, adətən gündə iki dəfə oyun oynasa da, şənbə günü evə getməzdən əvvəl meydanda cəmi bir saat vaxt keçirib.
“Pickleball” adlı oyunun Perrinin günlərini təşkil etdiyi bildirilərkən, hər səhər birlikdə oyun oynadığı qadının məşhur oyunçunun ölümündən şoka düşdüyü bildirilib. Qadının dediyinə görə, Perrinin öldüyü gün və keçən həftə özünü həmişəkindən daha yorğun hiss etməsi diqqət çəkib.
Dostları bildiriblər ki, Perri son həftələrdə yaxşı işləyir və ayıq qalmağı bacarıb. Polis həmçinin bildirib ki, evdə qanunsuz narkotik tapılmayıb. Bununla belə, reseptlə satılan dərmanların, o cümlədən çoxlu sayda ağrıkəsicilərin, narahatlıq əleyhinə həblərin və tənəffüs problemləri üçün dərmanın aşkar edildiyi açıqlanıb.
Perri şənbə günü Los-Ancelesin dəbli Pacific Palisades səmtindəki 5,6 milyon funt sterlinqlik malikanəsində cakuzidə ölü tapılıb.
Gununsesi.info