“Qara qarğa”, “Mən qəbiristanlıqda işləyirəm”, “Böyük gəzinti” və digər filmlərdə rol alan ukraynalı aktyor Aleksey Tritenko Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulub.
Gununsesi.info xəbər verir ki, bu barədə o özü paylaşım edib.
O, bildirib ki, son vaxtlar hərbi forma geyindiyi üçün insanlar tərəfindən o qədər də yaxşı qarşılanmır.
Tritenkonun sözlərinə görə, genişmiqyaslı işğalın əvvəlində o, Ukrayna hərbi qulluqçusu olub, lakin bunu sosial şəbəkələrdə reklam etməyib.
“Nəzərinizə çatdırmaq istərdim: genişmiqyaslı işğalın başlanğıcı ilə hərbi forma geyindim, aşağıda Ukrayna Silahlı Qüvvələrinin sıralarına qəbul olunmağım üçün əmr əlavə edirəm (əlbəttə ki, bu sənədi paylaşmaq komandanlıqla razılaşdırılıb). O vaxtdan şərəflə formanı geyinmişəm və Ukrayna Silahlı Qüvvələrinin fəal hərbçisiyəm”, – Tritenko yazıb.
Gununsesi.info