Məşhur aktyor uşaqlara qarşı cinsi istismarda ittiham olunur

  • By Admin2
  • 16 Yanvar 2026 13:31

Amerikalı aktyor və prodüser Timoti Basfild yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz və uşaqlara qarşı zorakılıq ittihamı ilə həbs olunub.

Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.

Belə ki, o, “Təmizlikçi Xanım” serialının aktyorları olan iki oğlana cinsi təcavüz etməkdə ittiham olunur.

Uşaqlardan biri ifadə zamanı hüquq-mühafizə orqanlarına Busfieldin ona yaxın toxunduğunu bildirib.

İlk məhkəməsində  68 yaşlı Busfild günahsız olduğunu bildirib. Təslim olmamışdan qısa müddət əvvəl aktyor ittihamları rədd edən video paylaşıb: “Mən o balaca oğlanlara heç nə etməmişəm”.

Bundan əvvəl, 1994 və 2012-ci illərdə baş verən, 17 yaşlı qız və 28 yaşlı qadının iştirakı ilə baş verən hadisələrlə əlaqədar Busfildə qarşı daha iki şikayət irəli sürülmüşdü. 

Maqsud

Gununsesi.info