Məşhur aktyorun oğlu irqi ayrı-seçkilik əleyhinə keçirilən aksiyada saxlanıldı

  • By admin
  • 08 Sentyabr 2020 09:28

Məşhur amerikalı aktyor Con Malkoviçin oğlu Oreqon ştatının Portland şəhərində keçirilən etiraz aksiyasında polislər tərəfindən saxlanılıb.

Gununsesi.info bildirir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

38 yaşlı Loui Malkoviç kompüter mühəndisliyi sahəsində işləyir.

Hüquq-mühafizə orqanlarından verilən məlumatda qeyd olunur ki, L. Malkoviç polislərin fəaliyyətinə müdaxilə edib və kiçik xuliqanlıq törədib.

Qeyd edək ki, polislər tərəfindən saxlanılarkən öldürülən Corc Floyd insidentindən sonra Portland şəhərində irqi ayrı-seçkilik əleyhinə keçirilən nümayişlər səngimir.

Gununsesi.info