Məşhur aparıcı ərəblərin qanunsuz ovundan yazdı - Nə qaldı ki, pula satmayasız?

  • By admin
  • 26 Mart 2021 19:10

Bir neçə il bundan qabaq, İslam Həmrəyliyi Oyunları zamanı “su estafeti” tədbiri ilə əlaqədər ölkə turuna çıxarkən Ağ Ğöl Milli Parkına da gəlmişdik.

Wikipediya deyir ki, Ağ Göl milli parkında ümumilikdə 500 mindən çox quş qışlayır, 140 növdən çox quş məskunlaşır, 87 növ quş yumurta qoyaraq bala verir. Burada rast gəlinən quşların 30 növünün adı “Azərbaycanın Qırmızı Kitabı”na salınmışdır❗

HTML tutorial

Yadımdadır, xüsusi icazələrimizin olmasına baxmayaraq, bizi həmin ərazidə elə müşayiət edirdilər, elə bil işləməyə yox, həmin quşlardan kabab çəkməyə gəlmişdik.
Telefona çəkmək istəyəndə narazıçılıq edirdilər, az qala pıçıltı ilə danışırdıq ki, amanın günüdü quşları narahat etməyək…

Sözün düzü bunları çox anlayışlı qarşıladıq, hətda sevindik ki, nə gözəl, təbiətimizin qayğısına qalırlar.

Sözümün canı nədir…
Ay həmin adamlar, hardasız? Kor olmusuz? Kar olmusuz? Dinməz olmusuz? Hara baxırsız? Heç utanıb ölmürsüz? Nə vaxta qədər biz sizin yerinizə utanacayıq?!!!

Nə qaldı ki, pula satmayasız? Abırınızı satdız, əxlaqınızı satdız, mənəviyyatınızı satdız, şərəfinizi satdız, vicdanınızı satdız, atam DOYMADIZ???

P.S. Hörməti olmayan TƏBİB (@tabib.gov.az) soruşmaq ayıb olmasın, onlara virus yoluxmur? Onlara açıq havada maskasız gəzmək olar? Toplaşmaq da olar? Yoxsa onlar “cərimə”lərini öncədən ödəyiblər?
Sizə elə gəlmir ki, ikili standartlarınız bir az çox oldu?!

Hüsniyə Məhərrəmova