Məşhur aparıcı rəsmən boşandı

  • By admin
  • 13 İyul 2016 10:17

acun

 

Məşhur televiziya siması Acun İlıcalı bir müddətdir ayrı yaşadığı həyat yoldaşı Zeynep İlıcalıdan rəsmən boşanıb.

Gunnsesi.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, keçən il yanvarında məhkəməyə ərizə təqdim edən ikilinin boşanma prosesi 10 dəqiqə davam edib.

13 illik evlilik həyatında 2 uşaq sahibi olan cütlük qarşılıqlı razılıqla boşanıblar. Qərara görə uşaqların himayədarlığı analarına verilib. Acun uşaqlara aylıq 75 min lirə , boşandığı həyat yoldaşına da aylıq 75 min olmaqla 150 min lirə (təxminən 77 min manat) təxminat ödəyəcək. A.İlıcalı eyni zamanda Mayami, Bodrum, Beykoz və “Zorlu Center”dəki evlərini Zeynepə verib.

Gununsesi.info