Məşhur aparıcının qohumu intihara cəhd etdi

  • By admin
  • 10 İyul 2017 12:20

05

Türkiyəli məşhur aparıcı Saba Tümerin keçmiş qayını Həsən Yamaç Çeşmədə başına tapança ilə atəş açaraq intihara cəhd edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, intihara cəhd edən H.Yamaçı təcili tibbi yardım maşını ilə Çeşmə Dövlət Xəstəxanasına aparılıb.

Belə ki, xəstəxanaya çatdırılan H.Yamaçının vəziyyətinin ağır olduğundan o, təcili tibbi yardım maşını ilə Dokuz Eylül Universiteti Tibb Fakültəsinin xəstəxanasına sövq edilib.

Qeyd edək ki, hadisə bazar günü saat 20.00 radələrində baş verib.

Anar

Gununsesi.info