Məşhur aşpazın mikroavtobusu oğurlandı: - 25 min lirəlik piroqlar itdi

Michelin ulduzu aşpaz Tommy Banksın içində 2500 piroq olan mikroavtobus oğurlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məşhur aşpaz oğrulardan 25 min funt sterlinq dəyərində oğurlanmış piroqları geri qaytarmalarını istəyib.

“Güman edirəm ki, oğrular yük maşını ilə birlikdə 2500 piroq oğurladıqlarını dərk etməyiblər. Əgər oğrusansa və bunu oxuyursansa, səndən piroqları bir yerdə qoymağı xahiş edirəm. Bu yolla heç olmasa, onları yeməyə ehtiyacı olan insanlara verə bilərik.”, – aşpaz sosial şəbəkədə paylaşdığı videoda bildirib.

O cümlədən o, əlavə edib:

“Mən bilirəm ki, siz cinayətkarsınız, amma bəlkə Milad bayramı olduğu üçün gözəl bir iş görərsiniz və bu piroqlarla bir neçə min insanı yedizdirə bilərik.”

Orxan Saffari

Gununsesi.info