Məşhur astrofizikdən qorxunc xəbərdarlıq - "YER KÜRƏSİNİ TƏRK ETMƏLİYİK"

  • By admin
  • 06 May 2017 13:00

havkinqqqq

Məşhur astrofizik Stefan Havkinq dünya və bəşəriyyətin aqibəti haqqında açıqlamalar verməyə davam edir. Bir neçə ay əvvəl Yer kürəsinin “özü özünü yox etmə” təhlükəsi qarşısında qaldığı barədə məlumat verən Havkinq indi də önümüzdəki 100 il ərzində hər kəsin Yer kürəsini tərk etmək məcburiyyətində qalacağını bildirib.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, məşhur astrofizik bəşər tarixinin vaxtının qısaldığını açıqlayıb. Havkinq kəskin iqlim dəyişikliklərinin, meteroidlərin, yoluxucu xəstəliklərin, o cümlədən, əhalinin həddindən artıq artmasının bəşəriyyəti məhv edəcəyini bildirib. O, insanları 100 il ərzində Yer kürəsini tərk etməyə səsləyib.

BBC-nin məlumatına görə, hətta Stefan Havkinq öz keçmiş tələbəsi Xristofor Halfardla başqa planetlərdə yaşayışın necə təmin edilməsi barədə müzakirələr də aparır.

Astrofizikin fikrincə, Yer kürəsi özü özünü yox edəcək.

havkinqq

 

havkinq

Gununsesi.info