Məşhur bankın lisenziyası ləğv edildi – Fövqəladə qərar

  • By admin
  • 30 Sentyabr 2016 19:09

download-2

 

Direktorlar Şurasının bu gün qəbul edilmiş fövqəladə qərarı ilə “Bank Standart”ın lisenziyası 1 oktyabr tarixində ləğv edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib. O, bu qərarı belə əsaslandırıb:

“Öhdəliklərin idarə olunmasında çətinliklər yaranıb. 3 ay müddətinə müvəqqəti inzibatçılıq təyin edilmişdi. 5000 manata qədər olan əmanətlərin və sosial ödənişlərin ödənilməsi təmin edilib. Ancaq bankı idarə etmək bizim səlahiyyətimiz deyil. Bankın sağlamlaşdırılması məqsədilə qərar qəbul edilib”.

 

Gununsesi.info