Keçmiş NBA oyunçusu və “Miami Heat” komandasında üçqat çempion olan Dueyn Ueyd oğlu haqqında qalmaqallı açıqlama verib.
Gununsesiaz.info xəbər verir ki, basketbolçu Zay adlı 12 yaşlı oğlunun transgender olduğunu etiraf edib.
Oğlu adını dəyişərək Zaye olub.
Bu xəbəri dünya ilə bölüşmək Dueyn üçün asan olmayıb.
“Bu barədə danışmaq mənim üçün çətin idi. Onun 12 yaşında olduğunu başa düşürük. İnsanların 12 yaşlı uşağın belə vacib bir qərarı haqqında nə söyləyəcəyi barədə çox düşündük. Bunu bütün ailə ilə müzakirə etdik. Yalnız özümüzə deyil, bu mövzuda digər insanlara da kömək etmək istəyirik”.
Basketbolçunun yaxın ətrafı bu etirafdan qıcıqlanaraq, onu tənqid atəşinə tutub. Onlar D.Ueydi səhv addım atmaqda qınayaraq, oğlunun şəxsi həyatını bu şəkildə ictimailəşdirməyin doğru olmadığını yazıblar.