Məşhur bloqer haqqında şok həbs qərarı - FOTOLAR / VİDEO

  • By admin
  • 05 Dekabr 2019 13:03

Türkiyəli fenomen bloqer, makiyaj ustası, stilist və DJ Kerimcan Durmaz həbs olunacaq.

Gununsesi.org  xəbər verir ki, təyyarə tualetində çəkdiyi etik olmayan videosunu “Instagram” hesabında paylaşan Kerimcan haqqında məhkəmə qərar verib.

Qərara əsasən, məşhur bloqer 10 ay həbs olunacaq. Həmçinin, Kerimcan növbəti qərara əsasən, 5 min lirə (1478 manat) təzminat ödəyəcək.

Məhkəmədə son söz deyən K.Durmaz etdiyi əməldən peşman olduğunu bildirib:

“Həssas və diqqətli bir insanam. Düşünürəm ki, insanlar tərəfindən yanlış başa düşülmüşəm. Əslində, o videonu dostlarımın da olduğu qrupa atacaqdım. Amma səhvən şəxsi sosial səhifəmdə paylaşmışam. Özümü çox pis hiss edirəm. Səhv etdiyimi qəbul edirəm. Amma bağışlanmağımı xahiş edirəm”.

Qeyd edək ki, proses zamanı prokuror tərəfindən Kerimcan Durmazın üç ilə qədər həbs olunması tələb edilmişdi.

Məşhur fenomenin bu hərəkətindən sonra dostları da ondan üz döndərib. Bu səbəbdən ABŞ-a köçən Kerimcan məhkəmənin qərarına əsasən, Türkiyəyə geri dönüb.