
İsveçin məşhur “H&M” mağazalar şəbəkəsi 2018-ci ilin birinci rübündə gəlirlərinin 44 faiz azaldığını bildirib.
Gununsesi.info xəbər verir ki, bu göstərici şirkətin son 20 il ərzində ən aşağı göstəricisi olub.
Ötən ilin sonunda şirkətin anbarlarında 4 milyard dollardan çox məbləğdə satılmayan mal qalıb.
“H&M”in rəhbərliyi bu kəskin enişin səbəbini şirkətin satılan malların çeşidini azaltması ilə izah edib. 43 yaşlı milyarder Karl-Yohan Presson satışların 2018-ci ilin ikinci yarısında artacağına ümid etdiyini bildirib.
Gununsesi.info