Məşhur brend Rusiyanı tərk edir

  • By admin
  • 19 İyun 2022 11:36

İspaniyanın “Mango” geyim şirkəti Rusiyadakı biznesini tamamilə bağlamaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, brend bir neçə tərəfdaşı ilə Rusiyadakı biznesini onlara ötürmək və 800 işçinin işini saxlamaq üçün razılıq əldə edib.

Şirkət 55 mağazanın hamısını nə qədər məbləğə satdığını açıqlamayıb.

2021-ci ilin sonunda “Mango”nun xalis əməliyyat gəlirinin 8%-i Rusiyanın payına düşüb. Yəni Rusiya Federasiyası şirkət üçün beş ən böyük satış bazarından biri olub.

Xatırladaq ki, Rusiyanın Ukraynada apardığı müharibə fonunda brendin mağazaları martın 3-də fəaliyyətini dayandırıb. Daha sonra belə bir qərarın malların daşınması və tədarükü zamanı yaranan çətinliklərlə bağlı olduğu bildirilib.

Gununsesi.info