Məşhur cütlük boşandı

  • By admin
  • 10 Avqust 2017 17:14

10

Amerikalı məşhur Hollivood ulduzları Ancelina Coli ilə Bred Pitt boşanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-ci ilin sentyabrın 19-da cütlük boşanmaq üçün məhkəməyə ərizə verib.

Belə ki, boşanma prosesinin uzun sürməsinin səbəbi Coli və Pitt evliliklərini xilas etməyə çalışmaqları göstərilir.

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 10 illik münasibətdən sonra 2014-cü ilin avqust ayında ailə qurmuşdular. 41 yaşlı Coli və 52 yaşlı Pittin üç uşağı var: 11 yaşlı Şaylo adlı qız və 9 yaşlı əkizlər Noks ilə Vivyen.

Cütlük həm də uşaqlığa götürdükləri üç balacaya – kambocalı 15 yaşlı Meddoks, 13 yaşlı vyetnamlı Paks və 12 yaşlı efiopiyalı Zaxaraya tərbiyə verir.

Anar

Gununsesi.info