
Kanadalı pop ulduz Castin Biber model həyat yoldaşı Hayli Bolduinlə münasibətlərinin yaxşı olduğunu göstərən foto paylaşıb.
“Gununsesi” xəbər verir ki, evlənsələr də, aralarında soyuqluq olduğu və hətta boşanacaqları deyilən cütlük bunu yalanlayıb.
Castin Hayli ilə fotosunu İnstaqram səhifəsində yerləşdirərək “Ona hər gün yeni bir ləqəb tapıram. Bu gün sevdalımdır” yazıb. Biberin bu paylaşımına çox sayda “like” gəlib.