Məşhur cütlük Viktoriya və Devid Bekhemın qızı Harperin doğum günündür.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Viktoriya və Devid qızları üçün möhtəşəm şənlik təşkil ediblər.
Yalnız yaxın qohum və dostların iştirak etdiyi məclisdən fotoları cütlük İnstaqram səhifəsində yerləşdirərək yazıb:
“Yer üzünün ən yaxşı qızı, doğum günün mübarək! Biz hamımız səni sevirik. Öpürük”.
Qeyd edək ki, 1999-cu ildə ailə quran Viktoriya və Devidin 4 övladı var. Onlardan üçü oğlan biri qızdır.Fotoda cütlüyün 18 yaşlı övladı Bruklin, 14 yaşlı Romeo, 12 yaşlı kruz və 5 yaşlı Harper yer alıblar.
Gununsesi.info