Məşhur diktor koronavirusa yoluxdu – Vəziyyəti ağırdır

  • By admin
  • 26 Avqust 2021 14:24

Azərbaycan radiosunun ilk diktorlarından olan Züleyxa Hacıyeva koronavirusa yoluxub. 

Gununsesi.info xəbər verir ki, bu barədə teleaparıcı Pərvin Əsgərli sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Z.Hacıyevanın vəziyyəti ağırdır:

“Qızı Gülnarə xanımla danışanda dedi ki, günlərdir yemək belə yemir. Amma yaddaşı üzərindədir. Zəng edib maraqlananları tanıya bilir”.

Hazırda Züleyxa Hacıyevanın 97 yaşı var.