Dünyaca məşhur fransız aktrisa Bricit Bardo prezident Ərdoğana yazdığı məktubda sahibsiz heyvanlarla bağlı qanun layihəsinin parlamentdən geri götürülməsinə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa mediasında dərc olunan müraciətdə deyilir.
Bricit Bardo Fondunun təsisçisi, 89 yaşlı məşhur aktrisa Ərdoğana yazdığı məktubda Türkiyədə sahibsiz heyvanların harmoniya içində yaşadıqlarını ifadə edib. Bardot, “Türklər sahibsiz heyvanlarla birlikdə yaşamaq həm turistləri, həm də heyvansevərləri sevindirən nümunə göstəriblər” deyə bildirib.
Qeyd edək ki, Bardotun çağırışına səbıb küçələrdə yaşayan itlərin “insanların həyatı üçün təhlükə törətdiyi” əsası ilə hazırlanan “Heyvanların Mühafizəsi Qanununa Dəyişikliklər edilməsi haqqında Qanun layihəsi ilə bağlı olub.
Həmin layihəyə əsasən sahibsiz heyvanların əksər hallarda məhvi nəzərdə tutulur.
Afət Abbasova
Gununsesi.info