“Beşiktaş”ın sabiq futbolçusu Oktay Dərelioğlu və həyat yoldaşı Başak Dərelioğlu tıxacda hərəkətdə olarkən yolda mübahisə etdikləri qrupun hücumuna məruz qalıb. Polis iki nəfəri saxlayıb.
Gununsesi.info xəbər verir ki, cütlük İstanbulun Kadıköy ərazisində hücuma məruz qalıb.
Zekai Karaçoban və Nurettin Karaçoban Derelioğlu cütlüyünün maşınının qarşısını kəsib.
Məlumata görə, onlar iki nəfər tərəfindən döyülüb.
Ölümcül döyülən Derelioğlunun qolu çıxıb və dərhal xəstəxanaya aparılaraq əməliyyat olunub.
Hadisə ilə bağlı danışan Oktay Derelioğlu, “Həyat yoldaşımla hətəkətdə olarkən yol verdiyimiz avtomobil qarşımızı kəsdi. İki nəfər maşından düşüb bizə hücum etdi. Hər şey ola bilərdi, başımı yerə vurub ölə bilərdim. Bunu edənlər ən ağır cəzanı almalıdır”, – deyə bildirib.
Sabiq milli futbolçu və həyat yoldaşına hücum edən şəxslər saxlanılıb.
Görüntüləri təqdim edirik:
Gununsesi.info