Məşhur futbolçunu döyüb qaçdılar, arvadını isə… - FOTO

Qabon millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Pyer-Emerik Obameyanqın evi naməlum oğrular tərəfindən qarət edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə İspaniya polisindəki mənbələrə istinadən “El Pais” qəzeti məlumat yayıb.

HTML tutorial

Hadisənin futbolçunun evində baş verdiyi qeyd edilir. Ən azı 4 nəfər Obameyanqın evinin bağçasına soxulub. Daha sonra 33 yaşlı futbolçunu döyüblər. Bundan başqa, oğrular futbolçunu və onun həyat yoldaşını odlu silahla hədələyiblər.

“Barselona”nın futbolçusunun evinə soxulan oğrular seyfi sındıraraq, qiymətli zinət əşyalarını götürüblər. Sonra onlar maşına minərək qaçıblar. Hazırda polis oğruları axtarır.

Məlumat üçün bildirək ki, 33 yaşlı futbolçu 2022-ci ilin qışında azad agent kimi “Arsenal”dan “Barselona”ya keçib. Obameyanq Kataloniya klubunda 24 oyuna çıxıb, 13 qol vurub və 1 məhsuldar ötürmə edib.

Gununsesi.info