
“Barselona”nın futbolçusu Qavi “Almeria” azarkeşlərinin təhqirlərinə ədəbsiz jestlə cavab verib.
Gununsesi.info xəbər verir ki, La Liqanın 23-cü turunun oyununda əndəluslu azarkeşlər “Barselona”nın yarımmüdafiəçisini “axmaq” adlandırıblar.
Buna cavab olaraq futbolçu tribunalara işarə edərək cinsi orqanını göstərib.
“Almeriya” – “Barselona” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.