Məşhur güləşçi cəzalandırıldı- QƏSDƏN UDUZDUĞU ÜÇÜN

Məşhur güləşçi cəzalandırıldı

İranlı güləşçi Alireza Kərimi 6 ay müddətinə diskvalifikasiya edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi qərar verib.

Kərimi 2017-ci ildə Polşanın Bıdqoş şəhərində 23 yaşadək güləşçilər arasındakı dünya çempionatında israilli rəqiblə üz-üzə gəlməməkdən ötrü qəsdən uduzduğu üçün cəzalandırılıb. Onunla yanaşı, şəxsi məşqçisi Həmidrza Cəmşidi 2 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Həmin mundialda 86 kq çəki dərəcəsində çıxış etmiş sərbəst güləşçinin 1/4 finalda rusiyalı Əlixan Cəbrayılova uduzması araşdırılıb. Müəyyən edilib ki, Cəmşidi ikiqat Asiya çempionu və dünya çempionatının bürünc mükafatçısı olan yetirməsinə Cəbrayılova uduzması üçün göstəriş verib. Halbuki Kərimi qalib gəlsəydi, yarımfinalda israilli Uri Kalaşnikovla qarşılaşacaqdı. İranlı məşqçi və güləşçi UWW-nin İntizam Kodeksini birbaşa pozmaqda günahkar bilinib.

Gununsesi.info

COMMENTS