Məşhur həkimdən orucla bağlı XƏBƏRDARLIQ

Həkim və teleaparıcı Aleksandr Myasnikov uzunömürlülük haqqında geniş yayılmış mifi dağıdıb.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim orucun insan ömrünü uzatması ilə bağlı fikirləri qəbul etmir. Onun fikrincə, oruc tutmaq hər bir canlının təbiətinə ziddir.

HTML tutorial

“Axı biz nəfəs alırıq, peristaltikamız var, qaraciyərimiz işləyir, bizi isidir. Yatmağa, oturmağa sərf etdiyimiz bütün enerjinin 75 faizini buradan alırıq və bu zaman xərclənir. Orqanizm bu enerjinin sərfini azaldır”, – Myasnikov “О самом главном” verilişinin efirində deyib.

Mütəxəssis əlavə edib ki, oruc tutmaq cavanlığı və gözəlliyi qoruyub saxlamaq kimi adi insanın anlamadığı mexanizmlərə müdaxilədir. Bundan əlavə, yeməkdən imtina xroniki xəstəliklərin kəskinləşməsi riskinə səbəb ola bilər. Həkim vurğulayıb ki, insan orucdan çıxanda güclü hormon balanssızlığı yaranır.

Gununsesi.info