Məhkəmə-Hüquq Şurasının aprelin 5-də keçiriləcək toplantısında barəsində intizam icraatı başladılmış Bakı Apellyasiya Məhkəməsinin üç məşhur hakimi- İlqar Murğuzov, Habil Məmmədov və Həsən Əhmədov barəsində qərar çıxarılacaq.
Bu barədə Gununsesi.info-ya Məhkəmə-Hüquq Şurasındakı mənbələr bildirib.
Hər üç hakimlə bağlı qərara səbəb isə bir müddət əvvəl Ali Məhkəmənin onlar haqqında xüsusi qərardad çıxarmasıdır.
Xatırladaq ki, hələ bir müddət əvvəl Gununsesi.info Bakı Apellyasiya Məhkəməsinin üç məşhur hakimi – Habil Məmmədov, İlqar Murquzov və Həsən Əhmədov yola salınacağı barədə yazmışdı.
Bununla bağlı xəbərdə deyilirdi ki, Ali Məhkəmə hər üç hakimlə bağlı xüsusi qəradad çıxararaq, Məhkəmə- Hüquq Şurasına yollayıb.
Onu da bildirək ki, bu, Ali Məhkəmənin adıçəkilən şəxslərlə bağlı ikinci qəradadır.
Qanunvericiliyin tələbinə görə, barələrində intizam icratı başladılan hakimlər məhkəmə orqanlarından uzaqlaşdırılmalıdır.
Yəqin ki, Azərbaycanın məhkəmə sisteminin üzqarası olan bu adamlar layiq olduqları cəzanı da alacaq.
Bu arada Gununsesi.info-ya hakim İlqar Murğuzov barəsində sensasion material daxil olub.
Bununla bağlı araşdırmamız yekunlaşandan sonra həmin materialı təqdim edəcəyik.
Gununsesi.info