Rusiyanın populyar idman şərhçici və keçmiş futbolçu Vladimir Pereturin 79 yaşında dünyasını dəyişib.
“Qafqazinfo”nun “R-Sport”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistin dostları məlumat verib.
Onun ölüm səbəbi məlum deyil.
- Pereturin iki dəfə insult keçirib və son 5 ildə yataq xəstəsi olub.
Qeyd edək ki, Vladimir Pereturin 1980-ci ildən “Futbolnoe obozrenie” televerilişini aparıb. Proqramın 900 buraxılışı efir üzü görüb.
Gununsesi.info