Hazırda həbsdə olan Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev, tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsindəki həbs-qətimkan tədbirinin müddəti daha bir ay artırılıb.
Gununsesi.info-nun xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsində istintaq olunan cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər – Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib.
Hazırda xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla, ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
Gununsesi.info