Məşhur inqilabçı Ernesto Çe Gevaranın oğlu vəfat edib

Məşhur inqilabçı Ernesto Çe Gevaranın böyük oğlu Kamilo vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Kuba prezidenti Dias-Kanel Bermudes bildirib.

HTML tutorial

Onun sözlərinə görə, Kamilo Havanadakı “Çe Mərkəzi”nin rəhbəri olmaqla atasının ideyalarını təbliğ edirdi: “Atasının görkəmli irsinin bir hissəsini qoruyub saxlayan, “Çe Mərkəzi”nin rəhbəri kimi ideyalarını təbliğ edən Kamilo ilə dərin hüznlə vidalaşırıq. Anası Aleydaya, həyat yoldaşına, qızlarına və bütün ailəsinə başsağlığı veririk, – Dias-Kanel öz “Tviter” səhifəsində yazıb.

Kuba prezidenti Kamilo Gevaranın ölümünün səbəbləri barədə danışmayıb.

İlkin məlumata görə, məşhur inqilabçının 60 yaşlı varisi Venesuelanın paytaxtı Karakasa səfəri zamanı infarktdan dünyasını dəyişib.

Gununsesi.info