
Rövşən Lənkəranskinin qətli ilə bağlı Türkiyə mətbuatında yeni detallar açıqlanıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident baş verən yerdən 65 boş giliz aşkar edilərək götürülüb. Bundan başqa, xəstəxanaya çatdırılan Canıyevin 5 güllə yarasından öldüyü də açıqlanıb.
Hücum zamanı CIP-də olan və daha sonra qaçmağa nail olan beynəlxalq nəqliyyat şirkətinin sahibi, Azərbaycanda otelləri olduğu deyilən Tahir Can da İstanbul polisi tərəfindən saxlanılaraq dindirilib.
Gülnaz Qənbərli
Gununsesi.info