Məşhur jurnalist vəfat etdi 

  • By admin
  • 20 İyun 2017 11:53

06

Türkiyənin məşhur jurnalisti Ayşe Aral vəfat edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur karikaturaçı Tekin Aralın qızı olan Ayşe Aral axşam saat 20:30 radələrində evində istirahət edərkən halı pisləşib.

Belə ki, dərhal Ayşe Aral xəstəxanaya yerləşdirlib. Lakin həkimlərin səyinə və xəstəyə göstərilən tibbi yardıma baxmayaraq, onun həyatını xilasetmək mümkün olmayıb.

Qeyd edək ki, “Hürriyet” qəzetinin 46 yaşlı yazarın vəfatına isə ürək çatışmazlığı səbəb olub.

Anar

Gununsesi.info